Gürcüstanın Rustavi şəhərində yaşayış evində dəm qazının sızması nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.
İlkin məlumata görə, dəm qazı ventilyasiya sistemi vasitəsilə 3-cü və 4-cü mərtəbələrdəki mənzillərə yayılıb.
"Ölən şəxslər, yəni ana və qızı dördüncü mərtəbədə yaşayırdılar. Bir mərtəbə aşağıda yaşayan qadın və onun üç azyaşlı uşağı xəstəxanaya yerləşdirilib", - xəbərdə bildirilib.
///report