Gürcüstanda iki Azərbaycan vətəndaşında koronavirus aşkarlandı

SAĞLAMLIQ
17:39 16.06.2020
1013
Gürcüstanda koronavirusa son yoluxan 3 nəfərin 2-si Azərbaycan vətəndaşıdır.

Bu barədə onların müalicə olunduqları Tbilisi Dəniz Xəstəxanasından bildirilib.

Üçüncü şəxs isə Gürcüstan vətəndaşıdır.

Həkimlər hər üç pasiyentin hazırkı durumunu qənaətbəxş kimi qiymətləndirirlər.

Azərbaycan vətəndaşları tranzit nəqliyyat vasitəsilə ilə hərəkət ediblər. Gürcüstan sərhədində onların COVID-19-la bağlı testlərinin cavabı pozitiv olub. 

Onlar yük maşını sürücüləridir və 60-a yaxın yaşları var. 
 
///Report

OXŞAR XƏBƏRLƏR