Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi ilə bağlı qərar verildi

Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi ilə bağlı qərar verildi
SOSİAL
08:33 19.11.2026
59
Keçmiş həyat yoldaşının sifarişli qətlini hazırlamaqda ittiham olunan, Qardabani Bələdiyyə Məclisi sədrinin sabiq müavini və müxalif siyasətçi Rəfi Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

AZXEBER.COM Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Mzia Qarsaulişvili qəbul edib.

Bugünkü məhkəmə iclasında təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Prokurorluq onun həbs edilməsini, müdafiə tərəfi isə 50 min lari girov müqabilində azadlığa buraxılmasını istəyib. Hakim isə Orucov barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Rəfi Orucova Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə 20 ilədək, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzasını müəyyən edir.

İttiham tərəfinin məlumatına görə, Rəfi Orucov boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşının sifarişli qətlini təşkil etmək qərarına gəlib. O, tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində muzdlu qatil tapmağı tapşırıb.

İttihama əsasən, Orucov qətlin onların üç azyaşlı övladının anasının yanında olmadığı vaxt törədilməsini istəyib.
OXŞAR XƏBƏRLƏR