Sabah Ağdaş rayonunun iki kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 19-da saat 09:00-dan işlər başa çatanadək Ağdaş rayonunun Aşağı Ləki və Hapıtlı kəndlərində qazın verilişi müvəqqəti dayandırılacaq.











































