Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
DÜNYA
13:48 17.05.2020
944

Gürcüstanda son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb. AZXEBER.COM bildirir ki, bu barədə "TASS” xəbər verib.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 695-ə çatıb.

 

Ümumilikdə pandemiyanın başladığı vaxtdan indiyədək Gürcüstanda 425 nəfər sağalıb, 12 nəfər vəfat edib.

Ölkədə koronavirus səbəbindən martın 21-dən tətbiq edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR