Gürcüstanda matəm günü elan olundu

Gürcüstanda matəm günü elan olundu
DÜNYA
11:21 24.08.2020
1302
Gürcüstanın Duşeti bələdiyyəsində 17 nəfərin ölümü ilə nəticələnən faciəvi yol qəzası ilə bağlı avqustun 25-i ölkədə matəm günü elan olunub.

Bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria müvafiq qərar imzalayıb.

Qərara əsasən, sabah ölkə ərazisində dövlət bayraqları endiriləcək və qəzada dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.
 
 ///Report
OXŞAR XƏBƏRLƏR