Gürcüstanda parlament seçkiləri keçiriləcək

Gürcüstanda parlament seçkiləri keçiriləcək
Bütün Xəbərlər
07:59 01.10.2012
999
Bu gün Gürcüstanda parlament seçkiləri keçiriləcək. Analitiklərin fikrincə, seçkilərin nəticələri ölkənin yaxın illərdə siyasi kursuna təsir göstərəcək.
Qələbə uğrunda prezident Mixail Saakaşvilinin hakim Vahid Milli Hərəkat və iş adamı Bidzina İvanişvinin “Gürcü arzusu” koalisiyası aparacaq.
Prezident Mixail Saakaşvili ötən axşam televiziya ilə xalqa müraciətində seçiciləri kmosiyalarla yox, düşüncə ilə seçim etməyə çağırıb. O, ümid etdiini bildirib ki, Gürcüstan xalqı işğalçıdan azad olmaq üçün sonuncu və həlledici addımı atacaq.
Gürcüstanda seçkiqabağı kampaniya çoxsaylı insidentlərlə müşayət olunub, çox sərt və dinamik keçib. Hər iki siyasi qüvvənin tərəfdarları çoxminli mitinqlən keçiriblər. Tiflis həbsxanasında məhkumlara qarşı təhqiramiz hərəkətlərin videogörüntüsü ilə bağlı qalmaqal da seçki kampaniyasına təsirsiz ötüşməyib.
Müxalifət hesab edir ki, səsvermənin nəticələri saxtalaşdırılacaq. Məlumata görə, seçkinin gedişini 60 mindən artıq adam müşahidə edəcək.
Qeyd edək ki, Azərbaycan da Gürcüstandakı seçkiləri izləmək üçün müşahidə missiyası göndərib. Gürcüstan parlamentinə oktyabrın 1-də keçiriləcək seçkiləri müşahidə edəcək Azərbaycan nümayəndə heyəti ötən gün ümummilli lider Heydər Əliyevin Tiflisdəuki abidəsini ziyarət edib. Tədbirdə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Milli Məclisin deputatları Elton Məmmədov, Əli Məsimli, Mirkazım Kazımov, Asəf Hacıyev, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, ölkəmizin Gürcüstandakı səfiri Azər Hüseyn iştirak ediblər.
M.Pənahov AzərTAc-a bildirib ki, müxtəlif missiyaların tərkibində Azərbaycanın böyük nümayəndə heyəti Gürcüstanda seçkiləri müşahidə edəcək: “Biz Gürcüstanın Mərkəzi Seçki Komissiyası sədrinin şəxsi dəvəti ilə bu ölkəyə gəlmişik. Azərbaycan müşahidə missiyalarının tərkibində ən geniş şəkildə təmsil olunub. Bu da təbiidir. Çünki ölkələrimiz arasında əlaqələr gündən-günə möhkəmlənir, dövlət başçıları səviyyəsində münasibətlər yüksək səviyyədədir”.
M. Pənahov Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə seçkilərin gedişini müşahidə etmək niyyətində olduqlarını deyib.
OXŞAR XƏBƏRLƏR