Gürcüstanda “SOYDAŞ” Forumu keçiriləcək

GƏNCLİK
20:59 30.08.2023
1535
Gürcüstanın Marneuli şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Soydaş” Gürcüstan – 2023 adlı Forum və sərgi keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi tərəfindən keçiriləcək tədbir zamanı soydaşlarımız, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gələcək.

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Forumun mahiyyətindən danışıb.

O bildirib ki, Forumun Gürcüstan-Azərbaycan arasında mövcud əlaqələrə, regional istiqrara, sülh və rifaha dəstək baxımından töhfə verəcəyinə inanır.

T.Allahverdilinin sözlərinə görə, Forumda Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri, Gürcüstan parlamentində təmsil olunan deputatlar, rəsmi şəxslər və digər qonaqların iştirakı ilə bu ölkədə yaşayan soydaşlarımızla müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Təşkilat sədri vurğulayıb ki, Forumun əsas məqsədi Gürcüstanda yaşayan və fəaliyyət göstərən QHT və gənclər təşkilatlarının rəhbərlərini, media nümayəndələrini, eləcə də 100-dən çox qonağı bir araya gətirməkdir.

Onun sözlərinə görə, həmçinin Ulu Öndərin Gürcüstan və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinə verdiyi misilsiz töhfələr, dövlətlər arasında mövcud olan əlaqələrin dəyərləndirilməsi, gənclərin və media əlaqələrinin inkişaf mərhələsinə təsirləri və gələcək perspektivləri danışmaq üçün olduqca uyğun bir ortam yaratmaqdır.

Qeyd edək ki, Forum "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə 9 sentyabr saat 13:00-da Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb