Gürcüstanda surroqat analıq qadağan edilir

Gürcüstanda surroqat analıq qadağan edilir
DÜNYA
15:09 22.11.2026
101
Gürcüstanda hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası surroqat analığın tamamilə qadağan edilməsi barədə qərar qəbul edib.

AZXEBER.COM "Qafqazinfo” istinadən xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqdə açıqlama verib.

"Müvafiq qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq. Məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə də fəal müzakirələr aparılır. Qərar surroqat analıqla bağlı ciddi etik və hüquqi risklər nəzərə alınaraq qəbul edilib”, – deyə o bildirib.

Parlamentari xüsusilə insan alveri, qadınların mümkün istismarı və uşaqların hüquqlarının qorunması ilə bağlı narahatlıqları vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə Gürcüstan hakimiyyəti surroqat analıq xidmətlərinin xarici vətəndaşlar üçün qadağan edilməsini müzakirə etmişdi. Lakin indi bu fəaliyyətin ölkə ərazisində tamamilə qadağan olunması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR