Gürcüstanda üç bölgə koronavirusa görə “qırmızı zona” elan oluna bilər

Gürcüstanda üç bölgə koronavirusa görə “qırmızı zona” elan oluna bilər
DÜNYA
14:41 24.03.2021
637
Gürcüstanda koronavirusun ən çox yayıldığı üç bölgə "qırmızı zona” elan edilə bilər.

Bunu Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, hazırda Quriya, İmereti bölgələri və Tbilisidə hərəkət intensivliyi müşahidə olunur: "İnfeksiyanın yayılma göstəricisi yüksək olduğundan bu bölgələrdə məhdudiyyətlərin tətbiq olunacağını istisna etmirəm".

Qeyd edək ki, qonşu ölkədə son sutkada ən çox yoluxma faktı 237 olmaqla Tbilisidə qeydə alınıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR