Gürcüstanda yaşayan azərbaycanlılar diaspora deyil (KÖŞƏ)

Gürcüstanda yaşayan azərbaycanlılar diaspora deyil (KÖŞƏ)
KÖŞƏ
17:30 18.09.2011
1978
Gürcüstan azərbaycanlıları diaspora deyil, onlar müasir Gürcüstanın tarixi sakinləridirlər!Xalqımız bu gün çox vacib bir dövr yaşayır. Belə mühüm dövrlər tarix əsnasında bəzən yüzilliklərdən bir olur. Bu dövrdə yaşayan biz bəndələr sevinməliyik, çünki şanslıyıq. Şanslıyıq ki, xalqımız, vətənimiz üçün mühüm dövr olan zaman kəsiyində nələrsə etmək imkanımız var. Xaricdə yaşayan hər bir azərbaycanlı – qeyri-rəsmi olaraq tutduğu mövqedən, gördüyü işdən aslı olmayaraq Azərbaycançılığın diplomatik nümayəndəsidir. Azərbaycançılıq məsələləri ilə bir başa məşğul olmaq niyyətində olan şəxslər isə bu məsuliyyəti tamlığı ilə anlamalıdırlar. Bu gün dünyanın bir çox ölkələrində azərbaycanlılar yaşayır, fəaliyyət göstərir. Hələ keçid dövrü olan bir zamanda Ulu Öndər Heydər Əliyev üçün dünyadakı azərbaycalıların şəbəkələşməsi, vahid, koordinasiyalı əlaqədə olması mühüm məsələlərdən idi. Təbii haldır, uzaq görən siyasətçi xalqımızın sonrakı tarixi aqibətini gözə alır, əsrlərdən sonra müsbət nəticələr verəcək qərarlar verir, bütün bunların davamlı olması üçün tarixi zamin yaradırdı. Diaspora, lobbiçilik məsələlələri Ulu Öndər üçün önəmli və inkişaf etdirilməli olan məsələlərdən idi. Bu gün dünya azərbaycanlılarının şəbəkələşməsi sahəsində aparılan bütün işlərin təməlində məhz Heydər Əliyev uzaqgörənliyi durur.Diaspora, xaricdə azərbaycançılıq məsələləri ilə məşğul olan şəxslər üçün onun bu yöndə olan düşüncələri, fikirləri, gözləm və tövsiyyələri çox maraqlıdır.Heydər Əliyev üçün xaricdə yaşayan azərbaycanlılar məsələsi həmişə önəmli məsələ olub. O cümlədən Gürcüstan azərbaycanlıları məsələsi. Gürcüstan azərbaycanlıları məsələsinə hər dəfə toxunanda Ulu Öndər həmişə diaspora və aborigen anlamını xüsusi ilə qeyd edib. Gürcüstanda yaşayan azərbaycanlılar diaspora deyil. Burada yaşayan azərbaycanlılar bu torpaqların tarixi sakinləridirlər. Bunu Gürcüstan tarixi də təsdiq edir, toponimlər bu haqda danışır. Və nəhayət müasir Gürcüstan bunu təsdiqləyir. Gürcüstan prezidenti cənab Mixeil Saakaşvili o zamankı diaspora naziri İulon Qaqoşidze, məhz Gürcüstanda yaşayan azərbaycanlıları diaspora adlandırdığı üçün nazir vəzifəsindən azad etdi. Bu Saakaşvili tərəfindən həqiqi tarixin qiymətləndirilməsi idi. Gürcüstan və Azərbaycan dostluğu, iqtisadi əlaqələr, dünya miqyaslı layihələrdə partnyorluq məsələlərindən yəqin hər birimizin yetərli məlumatımız var. Bu iki dövlət müasir bəşəriyyətin siyasi əlaqələrin bəlkə də həll edici astanasında, bir çox müdaxilələrə baxmadan dostluq əlaqələrinə sadiq qalmağı bacarır. Əlbəttə bu hər iki dövlətin tutduğu siyasi yolun nəticəsidir. Bu məsələdə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan boru kəmərləri, Bakı-Axalkalaki-Kars dəmiryolu layihələri ilə yanaşı bu iki dovləti birləşdirən canlı körpü faktorunu mütləq qeyd etmək lazimdır. Gürcüstan və Azərbaycan arasında olan canlı körpü – azərbaycanlılardır. Müasir Gürcüstan ərazisinin tarixi sakinləri olan azərbaycanlılar. Tarixi insanlar yazır, zaman isə onu redaktə edir. Hər birimiz tarixin iştirakçıları ola bilərik. Əsas hansı rolda olmağımızdır. Müəyyən proseslərə fikir bildirmək, bəzən irad ünvanlamaq vətəndaş borcumuzdur. Bu gün bizə adi görünən proseslər zaman keçəndən sonra tarix səhfələrinə düşə bilər. 89-cu illərdə Ermənistanda kütləvi şəkildə tarixi toponimlərimiz dəyişdirilirdi, Ermənistan monoetnik dövlətə çevrilir, Balayan, Melkonyan kimi erməni etnik psixolojisini daha da şovinistləşdirən şəxslər, erməni mediasını, erməni gəncliyini Azərbaycana tuşlanacaq silah kimi formalaşırırdılar. Nəticələr isə hamı üçün bəllidir. Tarix bizim keçmişimiz,örnək alacağımız qeydlərimizdir. Kimə minnətdar, kimdən qorunmaq, kiminlə dost olmaq, kiminlə düşmən olmagi öyrədir bizə. Nə vaxtsa kimlərinsə sözdə, əməldə buraxdığı səhfləri düzəltmək üçün bəzən əsrlər belə kifayət olmur. XXI əsrdə yaşayırıq. Bəşəri insan dəyərləri bizləri daha tolerant, daha geniş düşüncəli olmağa çağırır. Əlbəttə bir çox məsələlərin həlli dialoq üzərində qurulmalıdır. Dialoq olmasa inkişaf olmaz. İnkişaf olmasa dünyanı sükut bürüyər. Üzərinə azərbaycanlılar adından danışmaq məsuliyyətini götürən hər bir şəxs bu məsuliyyətin nə olduğunu tamlıqla anlamalıdır. Azərbaycançılıq tərənnümçüsünə çevrilməsi üçün Azərbaycan mədəniyyətini, Azərbaycan tarixini, Azərbaycan dilini, Azərbaycan həqiqətlərini bilməlidir. Bəlkə də sıradan birinin bunları bilməməsi bağışlanılandır. Amma məsləyini Azərbaycançılıq elçısinə çevirən bir şəxs üçün bu bağışlanmazdır. Tarixini, mədəniyyətini, dilini bilməyən bir şəxs başqa bir xalqın nümayəndəsi yanında Azərbaycançılıq tərənnümçüsü necə ola bilər. Azərbaycanın vaxtilə Atrapatena, Albaniya adlanmasını, Azərbaycan ərazisində nədən bu qədər qədim kilsə olmasını bilməyən şəxs necə Azərbaycançılıq elçisi ola bilər. Kimisə qınamaq yaxşı xüsusiyyət deyil. Amma özünü qınamağı bacarmaq lazımdır. Savadsız olmaq eyib deyil, savadsızlığı boynuna almamaq eyibdir. Kimsə bu dünyaya alim gəlməyib, amma alim gedə bilər. Azərbaycançılıq çox həssas və ciddi diqqət tələb edən məsələdir. Bu məsələyə tərbiyəli, bilikli bir övlad yetişdirmək prizmasından yanaşmaq lazımdır. Vaxtilə 90-cı illərdə Gürcüstanın Bolnisi rayonunun kəndlərinin Azərbaycandilli toponimlərinin gürcü sözləri ilə dəyişdirilməsinə imza atan, yerli idarələrdə işləyən azərbaycanlı məmurlar da düşünmürdülər ki, bizlərə çox böyük dərd, agır “miras” verirlər. Onları bəlkə də anlamaq olar. Sovet dönəmində yaşayan insanlar, təfəkkürlərində vətən, xalq anlamı olmayan psixologiya. 90-cı illərin keçiddövrü, çətinliklər və sairə. Bəs indi, axı indi XXI əsrdir. Daha sovet çəkici altında yaşamırıq. İndi nə olub bizlərə?!. Siz aborigensiniz deyəndə Ulu Öndər Heydər Əliyev nələri dediyini yaxşı bilirdi. Sovet dövründə də onun təfəkküründə xalq, vətən anlamı vardı. Ramilə Əliyeva,Gürcüstan, Tiflis
OXŞAR XƏBƏRLƏR