Gürcüstanın prezidenti Ermənistana getdi

Gürcüstanın prezidenti Ermənistana getdi
DÜNYA
18:56 29.04.2025
451

Gürcüstan prezidenti Mixeil Kavelaşvili İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

AZXEBER.COM xəbər verir ki, məlumatı Gürcüstan Prezident Administrasiyası yayıb.

Ermənistan Hökumət Evində baş tutan təkbətək görüşdə Kavelaşvili regional əməkdaşlıq və Cənubi Qafqazda sülh təşəbbüslərinə dəstəyini ifadə edib.

Tərəflər Gürcüstan və Ermənistan arasında mövcud olan səmərəli əməkdaşlıq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər. Həmçinin, regionda mövcud çağırışlar, eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyəti müzakirə edilib.

Mixeil Kavelaşvili bəyan edib ki, Gürcüstan 2025-ci il martın 13-də Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların tamamlanmasına dair verilmiş bəyanatı Cənubi Qafqazda davamlı sülh və sabitlik yolunda tarixi addım kimi qiymətləndirir.

Kavelaşvili, eyni zamanda, qeyd edib ki, bu yaxınlarda Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş keçirilib və bu formatda əməkdaşlığın gələcəkdə də davam etdirilməsi regionun rifahı baxımından önəmlidir.

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda regional dialoq və əməkdaşlığın inkişafına sadiqdir və bu istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazırdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən