Gürcüstanın Ukraynadakı səfiri Tbilisiyə qayıtdı

Gürcüstanın Ukraynadakı səfiri Tbilisiyə qayıtdı
DÜNYA
17:07 11.05.2020
1045
Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidze bu gün səhər Kiyevdən Tbilisiyə qayıdıb.

Diplomat karantin zonasına yerləşdirilib.

Tbilisiyə yola düşməzdən öncə səfir Ukrayna Xarici İşlər Nazirliyində görüş keçirib. T.Şareşenidze qarşı tərəfi rəsmi Tbilisinin Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı mövqeyini çatdırıb.

Diplomat deyib ki, Ukrayna tərəfi Gürcüstanın mövqeyini anlayışla qarşılayıb.

T. Şaraşenidze qeyd edib ki, Gürcüstan Ukrayna ilə tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirmək üçün bütün səylərini səfərbər edəcək: "Ukraynalı tərəfdaşlarımız da bunu dəstəkləyir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR