Gürcüstanın XİN başçısı: “Azərbaycanla sərhədlərin delimitasiyası prosesi məniqi sona çatacaq”

DÜNYA
15:29 26.10.2020
463

"Gürcüstan hökuməti dövlət sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələlərin həlli üçün fəal işə başlayıb”.

Report-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazir sərhədlə bağlı məsələləri ağır miras adlandırıb: "Lakin cəmiyyətimiz bilməlidir ki, bu məsələ dövlət maraqlarımız nəzərə alınmaqla mütləq həll olunacaq”.

D.Zalkalianinin sözlərinə görə, sərhədlərin müəyyən edilməsi çox vacibdir, belə ki, dövlətçilik və vətən sərhəddən başlayır: "Əminəm ki, hökumətimizin başlatdığı proses məntiqi sona çatacaq. Bu əlbəttə ki, həm Gürcüstan, həm də strateji tərəfdaşımız Azərbaycanın maraqlarını nəzərə almaqla baş verəcək”.

XİN başçısı qeyd edib ki, Ermənistanla da sərhədlərin müəyyən edilməsi istiqamətində işlər davam etdiriləcək: "Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası məsələsini də həll edəcəyik”.

OXŞAR XƏBƏRLƏR