Güzdək toyunda kütləvi dava: Yaralılar var

Güzdək toyunda kütləvi dava: Yaralılar var
Bütün Xəbərlər
12:09 23.09.2015
1383
Onlar Bakıdakı xəstəxanalara gətiriliblər.
Abşeron rayonunda baş verən kütləvi davada iki nəfər bıçaqlanıb.
AZXEBER.COM  xəbər verir ki, APA TV-nin məlumatına görə, hadisə rayonun Aşağı Güzdək qəsəbəsində keçirilən toy məclisində baş verib.
Yaralılar Bakıdakı xəstəxanalara gətiriliblər. Kliniki Tibbi Mərkəzə çatdırılan Buksay Səhrab oğlu Zərbəliyevin vəziyyəti ağır olsa da, həkimlərin səyi nəticəsində həyatı təhlükəsi aradan qaldırılıb. Respublika Xəstəxanasına yerləşdirilən digər yaralının vəziyyəti isə, orta ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR