Güzəştlərin tətbiqində sosiallıq nümayiş etdirən biznes nümayəndələrinə üstünlük veriləcək - ŞƏRH

Güzəştlərin tətbiqində sosiallıq nümayiş etdirən biznes nümayəndələrinə üstünlük veriləcək - ŞƏRH
İQTİSADİYYAT
17:49 25.03.2020
4082
Koronavirus pandemiyasının yayılması ilə paralel olaraq dünya bazarlarında neftin qiymətinin ucuzlaşması milli iqtisadiyyata da təsir edir.

Bu təsirlərin yaratdığı nəticələri iqtisadi əlaqələrin məhdudlaşdırılması, turizm sahəsində yaranan durğunluq, sərhədlərin müvəqqəti bağlanması kimi səbəblər doğurur.

Nəticə olaraq, iqtisadiyyatın bir neçə sahəsi xüsusilə çox zərər çəkir.

COVID-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi qrupun videokonfrans formatında keçirilən iclasında bu aktual mövzular müzakirəyə çıxarılıb.

İclasda bildirilib ki, ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s., ümumilikdə, təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib.

İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib ki, dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır.

Bununla belə, zərər çəkən fəaliyyət sahələrinin dəqiq müəyyən edilməsi üçün, ilk növbədə, aydın və şəffaf qiymətləndirmə meyarları hazırlanmalıdır.

Bu meyarlar həm sahəvi, həm də subyektlər üzrə ümumi və spesifik xarakter daşıya bilər.

Prezident İlham Əliyevin sərəncamı ilə sahibkarlara dəstək məqsədilə Nazirlər Kabinetinə bir milyard manat ayrılıb.

Bu vəsaitdən səmərəli və şəffaf istifadənin təmin olunması, sahibkarların gözləntiləri və reaksiyaları anlaşılandır.

Prezident İlham Əliyev martın 24-də AzTV-yə müsahibəsində deyib ki, bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi barədə vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək.

Hazırkı durumda iqtisadiyyatda müşahidə olunan neqativ tendensiyaların miqyasının azaldılması və ya "sıfırlanması” üçün digər vacib tədbirlər də görülməlidir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov iclasda söyləyib ki, ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarına əlçatanlığın asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək.

İclasda qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək.

Güzəştlərin tətbiqində şəffaf, vicdanlı, sosiallıq nümayiş etdirən biznes nümayəndələrinə üstünlük veriləcəyi şübhəsizdir. Amma burada sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət ictimailiyi ilə fərqlənməlidir, sırf fərdi maraqlara söykənməməlidir.

Sosial izolyasiyanın davam etdiyi zamanda kiçik və orta sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması da prioritetdir.

Eyni zamanda, kiçik və orta sahibkarların dövlət tenderlərinə daha fəal cəlb edilməsi, özünüməşğulluq proqramının genişləndirilməsi iqtisadiyyatda dinamikanı və makroiqtisadi sabitliyin təmin edilməsini stimullaşdırar.

Şəffaf fəaliyyət, vergilərin vaxtında ödənilməsi koronavirusla mübarizəyə dəstəkdə effektiv təsirlərə malikdir.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək