Göyçay rayonunda "Rabitəçi Gənclər” adlı layihəsi keçirilib - FOTOLAR

GƏNCLİK
15:07 09.04.2014
1644

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Göyçay rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə8 aprel 2014 – cüil tarixindəGöyçay rayonunda"Rabitəçi Gənclər”adlı layihəsi keçirilmişdir. Layihə fərdi şəxs olaraqGənclər Fondunun elan etdiyi dördüncü qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində qalib gəlmiş layihələrdəndir.

İlkin olaraq layihənin açılışını edən layihə rəhbəriƏhəd Quluzadəqonaqları və iştirakçıları salamlamış və layihənin əhəmiyyətindən danışmışdır.

O bildirmişdir ki, “Rabitəçi Gənclər” layihəsində əsas məqsədi gənclərinİKT sahəsinə olan tələbatı ödəmək, onların arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, müasir texnikadan düzgün istifadə qaydalarının tədrisi işini təşkil etməklə bu səpgidən olan maarifləndirmə fəaliyyətlərini inkişaf etdirmək və onlara lazımi dəstək göstərməkdən ibarətdir.

Açılış mərasimindəGöyçay rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Göyçay İnkişaf Mərkəzi Gənclər İctimai Birliyinin sədriƏzizağa Atakişiyev, Azərbaycan Könüllülər İctimai Birliyinin sədriİmaməddin Quliyevvə ekspert qismində Rabitə və İKT üzrə ekspert, Göyçay Telekommunikasiya Qovşağının nümayəndəsiİlqar Davudoviştirak etmişdir. Onlarda bu tip təbbirlərin keçirilməsini əhəmiyyətli hesab edərək layihə iştirakçılarına uğurlar arzu ediblər.

Sonra layihə təlimlərlə davam edib. Təlimlərin sonunda iştirakçılara şəhadətnamələr təqdim olunub.

Qeyd edək ki, layihə 50 nəfər iştirakçını əhatə edib və təlimlər zamanı gənclərə İKT sahəsində fəaliyyət göstərən ekspert və təlimçilər tərəfindən ən yeni innovativ tədris metodlarına uyğun təlimlər keçirilmişdir. Layihə gənclərin nəzəri-metodolojibiliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməkləonların yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq və tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artıracaqdır.

OXŞAR XƏBƏRLƏR