Narkotik vasitə qəbul etmiş Göyçay rayon sakini ölüb.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 20-də Göyçay rayonu ərazisində narkotik vasitə qəbul etmiş rayon sakini Rafiq Şıxəliyev ölüb. O, xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.