Göyçayda 48 mənzilli binada yanğın

Göyçayda 48 mənzilli binada yanğın
Bütün Xəbərlər
12:28 07.02.2015
701
FHN məlumat yaydı.
Göyçay rayonunda gecə saatlarında 48 mənzildən ibarət yaşayış binasında yanğın baş verib.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonda vətəndaşa məxsus ümumi sahəsi 1890 kv.m olan 2 mərtəbəli, 48 mənzildən ibarət yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 60 kv.m və 2-ci mərtəbədə yaşayan digər vətəndaşa məxsus şəxsə məxsus ümumi sahəsi 40 kv.m olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.
Yanğın zamanı ev sahibəsi qismən yanıq xəsarətləri alaraq yanğınsöndürənlər tərəfindən təcili tibbi yardım xidmətinə təhvil verilib. Yanğından 30 nəfər bina sakinləri yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Yaşayış binasının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 00:05 yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR