Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb

Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
SOSİAL
09:27 05.06.2026
223
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, əməliyyat zamanı 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıb. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR