Hadisə yolun 189-cu kilometrliyində, Göyçayın Yekəxana kəndi ərazisində qeydə alınıb.
Ağsu rayonu, Çiyni kənd sakini, 1986-cı il təvəllüdlü Əbilov Rəvan Təyyar oğlunun idarə etdiyi 33-BD-162 dövlət nömrə nişanlı “QAZ 31029” markalı minik maşını qarşı tərəfdən gələn İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1963-cü il təvəllüdlü Nəsibov Mürsəl Mürşüd oğluna məxsus 10-KA-470 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını ilə toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.//APA










































