İbrahimovanın meyidinin tapılması üçün axtarış işləri həyata keçirilir.
Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
AZXEBER.COM EL TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Bığır kəndində qeydə alınıb.
Kənd sakini, 1960-cı il təvəllüdlü Zemfira İbrahimova Yuxarı Şirvan kanalının üstündəki piyada körpüsündən keçərkən ayağı sürüşərək suya düşüb.
Suda boğularaq ölən Zemfira İbrahimova Bığır kənd Xəstəxanasında tibb bacısı işləyirdi.
Dörd uşaq anası olan Zemfira İbrahimovanın meyidinin tapılması üçün hazırda kanalda axtarış işləri həyata keçirilir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.