Göyçayda ər və arvadı qətlə yetirən qrupun daha iki üzvü tutuldu

Göyçayda ər və arvadı qətlə yetirən qrupun daha iki üzvü tutuldu
Bütün Xəbərlər
13:38 07.03.2014
1314
Göyçayda və arvadı qətlə yetirən qrupun digər üzvü tutulub Göyçayda və arvadı qətlə yetirən qrupun digər üzvü tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Göyçay şəhər sakinləri Xəlil Quliyevi və arvadı Afaqı qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü - rayon sakini Pərviz Səlimov tutulub.
P. Səlimovun və ondan əvvəl tutulmuş Nicat Mustafayev və Musa Əhmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda Çayaxarı kənd sakini Seyidbaba Hüseynovla birgə Qızbəs Əliyevanın, Elxan Xəlilovun və Reyhan Bəyalıyevanın evlərindən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S. Hüseynov da tutulub.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, martın 1-nə keçən gecə yaşadıqları mənzildə Göyçay şəhər sakinləri Asəf Quliyev və həyat yoldaşı Afaq Quliyevanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalarla qətlin tamah məqsədi ilə Göyçay rayon sakinləri Musa Əhmədov və Nicat Mustafayev tərəfindən törədilməsi müəyyən edilib.
“İsti iz”lərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Masallı rayonu ərazisində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Cinayət yerindən oğurlanmış əmlakın bir hissəsi N. Mustafayevin mənzilində aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR