Göyçayda eyvandan yıxılan 53 yaşlı kişi xəstəxanada ölüb

Göyçayda eyvandan yıxılan 53 yaşlı kişi xəstəxanada ölüb
HADİSƏ
10:58 02.01.2026
139
Göyçay rayonunda eyvandan yıxılan 53 yaşlı kişi xəstəxanada ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Məlumata görə, Çayarxı kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov dekabrın 31-i saat 21-i radələrində yaşadığı evdən baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və yanvarın 1-i saat 10 radələrində ölüb.

Araşdırmalarla S.Əhmədovun qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirib 2-ci mərtəbənin eyvanından yıxılaraq ölməsi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR