Göyçayda maşın kanala aşdı - Azyaşlı suya düşdü

Göyçayda maşın kanala aşdı - Azyaşlı suya düşdü
HADİSƏ
23:32 21.08.2025
412
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Göyçay rayonunun Alxasava-Dövranlı yolunda qeydə alınıb. Rayon sakini Rəsul Cavadovun idarə etdiyi VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq Şirvan su kanalına düşüb.

Nəticədə, avtomobildə olan azyaşlı, 2021-ci il təvəllüdlü F.Cavadzadə suya düşərək boğulma riski yaranıb. O, xəstəxanaya yerləşdirilib.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR