2006-cı ildən etibarən Göyçay İcra Hakimiyyəti tərəfindən təşkil olunan “Nar Bayramı” bu il də öz rəngarəngliyi və fərqliliyi ilə seçiləcək.3 noyabr 2012-ci il tarixində Göyçay rayonunda Göyçay Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Nar Bayramı”nda rayonda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək.Bu il təşkil olunan ənənəvi “Nar Bayramı”nın xüsusi özəlliyindən biri də ən böyük Pizza Festivalının keçirilməsi ilə yadda qalacaq. “Nar Bayramı”nda Bakının tanınmış mütəxəssisləri tərəfindən xüsusi hazırlanmış nar reseptindən pizza hazırlanacaq və bayramın qonaqlarına təqdim olunacaq.Qeyd edək ki, tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, özəl qurumların nümayəndələri, icra başçıları, media qurumları, bir sıra xarici ölkə səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai-siyasi xadimlər, QHT nümayəndələri, sənət adamları, Azərbaycanda təhsil alan xarici tələbələr iştirak edəcəklər.Xüsusi olaraq Türkiyənin tanınmış müğənnisi Doğuş da Nar bayramında iştirak edəcək. O öz ifasıyla göyçaylıları sevindirəcək. Bundan başqa Türkiyənin aparıcı media orqanlarının nümayəndələri də “Nar Bayramı”na qatılacaqlar. Bayram tədbiri ölkənin tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq.
bunu qoy xahi edirm