Göyçayda su kanalında boğulan Bakı sakininin meyiti 3 gündən sonra tapılıb
Oktyabrın 18-də Göyçay rayonuna qonaq gələn və Yuxarı Şirvan kanalına düşərək boğulan Bakı sakininin meyiti bu gün saat 16:30 radələrində tapılaraq yaxınlarına təhvil verilib.
AZXEBER.COM-un məlumatına görə, Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Kamil Qəhrəmanovun meyiti kanala düşdüyü yerdən 500 metr aralıdan, Ləkçiplaq kəndi ərazisində aşkarlanıb. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki Aran regional dalğıc qrupu tərəfindən həmin şəxsin meyitinin tapılması istiqamətində 3 gün ərzində ardıcıl iş aparılıb və müxtəlif vasitələrdən istifadə olunub.