Göyçay rayonunda "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi və yük yerində hər birinin həcmi 40 litr olan 2 ədəd yanacaq dolu çəllək yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.