Göyçayda zəncirvari qəza: Xəsarət alan var

Göyçayda zəncirvari qəza: Xəsarət alan var
SOSİAL
20:19 05.02.2022
218
Göyçayda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Natavan küçəsində qeydə alınıb.

Belə ki, "Ford”, "Chevrolet” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər rayon sakini müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR