Göydələndə yaşayanlar orucunu gec açmalıdır

DÜNYA
07:13 09.08.2012
1740
Dubayda oruc tutaraq dünyanın ən hündür binası 828 metrlik “Bürc Xəlifə”nin yuxarı mərtəbələrində yaşayanlar üçün xüsusi fətva verilib. Din xadimləri arasında başlayan bu müzakirənin səbəbi isə şəhərdə günəş batdığı zaman yuxarı mərtəbədə yaşayanların hələ də bir müddət günəşi görməsidir. Bəzi din alimləri bu səbəblə yuxarı mərtəbədə yaşayanların bir az daha artıq oruc tutmalı olduğunu bildirib. Əhməd Əbdüləziz əl Həddad “Reuters” agentliyinə verdiyi açıqlamada yuxarı mərtəbədə yaşayanların 2 dəqiqə artıq oruc tutmalı olduqlarını deyib.

OXŞAR XƏBƏRLƏR