Göygöl rayonuna 2 milyon manat ayrıldı

Göygöl rayonuna 2 milyon manat ayrıldı
Bütün Xəbərlər
23:22 16.03.2012
1158
Azərbaycan prezidenti İlham Əliyev Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xəqani-Cümşüdlü-Haçaqaya avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Göygöl rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR