Göygöl rayonunda Novruz şənliyi keçirildi - FOTOLAR

Göygöl rayonunda Novruz şənliyi keçirildi - FOTOLAR
SOSİAL
12:21 17.03.2026
493
"Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən Novruz şənliyində RİH-nin başçısı, regionun Ali təhsil müəssisələrinin rəhbərləri, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, rayon ictimaiyyəti və qonaqlar iştirak ediblər.

RİH-nin başçısı V.Novruzov rayon sakinlərini və qonaqlarını bayram münasibətilə təbrik edərək Novruz bayramının minilliklər boyu xalqımızın milli-mənəvi dəyərlərini və adət-ənənələrini yaşadan, birlik və həmrəyliyi möhkəmləndirən bayram olduğunu vurğulayıb və bu əziz bayram xalqımızın zəngin mədəni irsini, qədim köklərini və milli kimliyini özündə yaşatdığını qeyd edib. Həmçinin bildirilib ki, Ulu Öndər Heydər Əliyev irsimizə, milli ənənələrimizin qorunmasına hər zaman böyük önəm vermiş, Novruz bayramının dövlət səviyyəsində geniş şəkildə qeyd olunmasına xüsusi diqqət yetirərək bu qədim el bayramına rəsmi dövlət statusu qazandırmışdır.

Bu gün bu ənənə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanımın tərəfindən layiqincə  davam etdirilir və biz müstəqil və qüdrətli Azərbaycanda belə gözəl bayramları böyük qürur və sevinc hissi ilə qeyd edirik. 

Çıxış zamanı millətimizin qəhrəmanlıq tarixindən bəhs edilərək bildirilib ki, Vətən Müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış böyük Zəfərdir. Bu möhtəşəm qələbənin Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qəhrəmanlığı sayəsində əldə olunduğu vurğulanıb. Eyni zamanda qeyd olunub ki, dövlətimiz tərəfindən şəhid ailələrinə daim xüsusi diqqət və qayğı göstərilir. Onların cəmiyyətimiz üçün əziz və dəyərli olduğu, göstərilən ehtiramın xalqımızın şəhidlərimizin xatirəsinə sonsuz hörmətinin ifadəsi olduğu bir daha diqqətə çatdırılıb. 

Bayram şənliyi Respublikanın Əməkdar artisti Lalə Məmmədova, ifaçılar Pərviz Abdullayev, Vüsal Hacıyev, region musiqiçilərinin iştirakı ilə konsert proqramı, "İrəvan” rəqs qrupunun milli rəqsləri və məktəblilərin təqdimatında Novruz adətlərini əks etdirən maraqlı səhnəciklərlə davam edib. İdmançıların nümunəvi çıxışları, Novruzun personajları olan Ozan baba və Bahar qızının təbrikləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Şəhid övladları ilə birgə bayram tonqalı alovlandırılıb, ətrafında sakinlər və qonaqlar Novruzun sevincini bölüşərək şən əhval-ruhiyyə ilə bayramı qeyd ediblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq