Göygöldə ağır qəza - 4 nəfər öldü

Göygöldə ağır qəza - 4 nəfər öldü
SOSİAL
13:11 29.04.2019
4457
Göygöl rayonunda ağır yol qəzası baş verib. 

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində olub, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Qəzada xəsarət alanların olduğu da bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR