Göygöldə ağır qəzada ölənlərdən biri gələn il məzun olacaqdı - FOTOLAR

Göygöldə ağır qəzada ölənlərdən biri gələn il məzun olacaqdı - FOTOLAR
SOSİAL
21:26 03.11.2025
125
Ötən gecə Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. İdarəetməni itirən "Mercedes" markalı avtomobil dəmir arakəsməni keçərək aşıb.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə zamanı həlak olanlardan biri 2009-cu il təvəllüdlü İsbi Alıyev 11-ci sinif şagirdi imiş.

Məlumata görə, o, Göygöl rayonu Qızılca kənd Rafiq Məmmədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alırmış.

Qəzada həlak olan digər gənc isə 27 yaşlı Elvin Məmmədov olub.

 

 


OXŞAR XƏBƏRLƏR