Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
HADİSƏ
21:55 26.12.2025
149
Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "QAZ 3110" ilə "Mersedec Vito" markalı mikroavtobus toqquşub. Qəza zamanı 1977-ci il təvəllüdlü F.Quliyev, 1982-ci il təvəllüdlü K.İsmayılova və 1977-ci il təvəllüdlü  Z.Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR