Göygöldə qohumlar arasında qan davası - FOTOLAR

Göygöldə qohumlar arasında qan davası - FOTOLAR
Bütün Xəbərlər
15:53 30.04.2013
1528
Göygöl rayonunda qohumlar arasında qanlı olay baş verib.qayın yeznəni bıçaq zərbəsi ilə ölümcül yaralayıb.Göygöl rayonunun Köşkü kənd sakini Saməddin Cəfərov evinə qonaq gələn yeznəsi Samir Əliyevlə mübahisə edib. Uzun sürən mübahisə sonda qanla nəticələnib. Saməddin Cəfərov iki bıçaq zərbəsi ilə yeznəsinə ağır bədən xəsarətləri yetirib.Samir Əliyev aldığı iki bıçaq zərbəsindən sonra Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun üzərində ilkin əməliyyat aparsalar da, həyati təhlükənin sovuşmadığını deyirlər.Yaralı ilkin olaraq xəstəxananın reanimasiya şöbəsinə gətirilib. Tibbi müdaxilədən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib.Etibar Abbasov - həkim: “Xəstənin iki kəsilmiş-deşilmiş yarası var. Biri qarının ön divarında, digəri isə sol budun ön səthindədir. Qarın nahiyəsindəki yara təftiş olunarkən daxilə keçdiyi məlum olub. Yoğun bağırsağın yaraları və bud yarası tikilib”.Hadisədən sonra keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Saməddin Cəfərov tutularaq, istintaqa təhvil verilib.Rauf Əliyev - müstəntiq: “Dərhal Göygöl Rayon Polis Şöbəsinin əməliyyat qrupu təcili olaraq hadisə yerinə çıxdı. Hadisə yerində aparılmış əməliyyat tədbirləri nəticəsində Samiri vuran şəxs müəyyən olundu. Məlum oldu ki, onu vuran qaynı Cəfərov Saməddin Rafiq oğludur. Saməddin Cəfərov isti izlərlə saxlanılıb”.Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır.//anspress
OXŞAR XƏBƏRLƏR