Göygöl şəhidlərinin ailələri “44” filminə baxdılar- FOTOLAR

Göygöl şəhidlərinin ailələri “44” filminə baxdılar- FOTOLAR
SOSİAL
12:46 28.10.2026
215
Göygöl Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Göygöl şəhər bələdiyyəsinin təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri üçün Gəncədə "44” filminə baxış təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, xalqımızın birliyini, əsgər və zabitlərimizin şücaətini, eləcə də "Dəmir yumruq” siyasəti nəticəsində qazanılan Zəfəri əks etdirən film izləyicilərdə dərin təəssürat yaradıb.

Şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, onların sosial və mənəvi dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğı bu sahədə həyata keçirilən tədbirlər üçün mühüm örnəkdir.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR