Göygöldə “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib - FOTOLAR

Göygöldə “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib - FOTOLAR
SOSİAL
18:47 20.11.2025
308
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli” çərçivəsində "Uşaq Hüquqları Aylığı”na həsr olunmuş maarifləndirici görüş Gənclər Evində baş tutub. Görüşdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Təhsil Sektorunun, Gənclər Evinin məsul əməkdaşları, ümumtəhsil məktəblərinin psixoloqları, uşaq birliyi rəhbərləri və şagirdlər iştirak ediblər.

Vurğulanıb ki, uşaq hüquqlarının qorunması və təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanda uşaq hüquqları Azərbaycan Respublikasının Konstitusiyası, "Uşaq hüquqları haqqında” Qanun və BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə dövlət səviyyəsində təmin olunur. Görüş zamanı uşaqlara öz hüquqları barədə geniş məlumat verilib. Bildirilib ki, ölkənin normativ hüquqi aktları və aidiyyəti qurumların qərarları uşaq mənafelərinə zidd olmamalıdır və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər yetirməməlidir. Uşaqlara hüquqlarla yanaşı üzərilərinə düşən vəzifələrin də olduğu, bu balansın qorunmasının onların cəmiyyətdə layiqli yer tutmasına şərait yaratdığı izah olunub. Eyni zamanda zorakılıq, istismar və laqeydlik hallarında özlərini necə qorumalı olduqları barədə açıqlamalar verilib. Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd uşaqların fikirlərinə hörmətlə yanaşılan təhlükəsiz və ədalətli mühitin formalaşdırılmasıdır.

Sonda uşaq hüquqlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR