Göygöl rayon Aşıq Şəmşir adına uşaq musiqi məktəbinə yeni royal təqdim olunub.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı keçirilən təqdimat mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəsi Vüsal Rzayev, "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndələri, məktəbin kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Almaniya istehsalı olan "Steinhoff” markalı yeni royalın məktəbin maddi-texniki bazasının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, yeni musiqi aləti şagirdlərin musiqi təhsilinin və yaradıcılıq bacarıqlarının inkişafına, eləcə də istedadlı şagirdlərin yaradıcılıq imkanlarının genişlənməsinə töhfə verəcək.
Qeyd edək ki, yeni royal "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən məktəbə hədiyyə edilib.
Təqdimat mərasimində məktəbin şagirdi yeni royalda musiqi əsəri ifa edib.















































