“Göygölü zibil basıb” deyənlərə “şad” xəbər.
Göygöl Milli Parka buraxılış bir neçə saatlıq dayandırılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-nın müxbiri Vusal Mammadov (fotolar müxbirə məxsusdur - red.) sosial şəbəkədə yazıb.
“İki gündür “Göygölü zibil basıb” deyənlərə "şad” xəbər. Bu gün təmizlik məqsədi ilə gölə buraxılış bir neçə saatlıq dayandırılıb”, - deyə, hadisə yerində olan jurnalist yazıb.