Gözəlləşmək üçün əməliyyat etdirən qadın tanınmaz hala düşdü - FOTO

DÜNYA
23:53 14.05.2022
956
Gözəlləşmək üçün əməliyyat etdirən qadın tanınmaz hala düşüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən  xəbər verir ki, Antalyada yaşayan Çilem Kılıç  dostunun məsləhəti ilə estetik əməliyyat etdirməyə qərar verib. Plastik cərrah R.O. Kılıç ilə əlaqə saxlayıb və əməliyyat üçün razılaşıb.

Özəl xəstəxanada estetik əməliyyat keçirən Kılıç bir gün sonra evə buraxılıb. Nəzarəti iki həftə davam edən Çilem Kılıç razılaşdığı əməliyyatların bəzilərinin edilmədiyini görüb və pulunun geri qaytarılmasını istəyib.

40 min TL-ni ödədikdən sonra həkiminin Kılıçın müalicəsini yarımçıq qoyduğu və zənglərinə cavab vermədiyi iddia edilib.

Həm sağlamlığından, həm də pulundan məhrum olan Kılıç vəkili vasitəsilə həkimdən şikayət edib. O, CIMER və İl Sağlamlıq Müdirliyinə şikayət ərizəsi yazıb.

Bir dostunun məsləhəti ilə estetik əməliyyat etdirməyə qərar verdiyini bildirən Çilem Kılıç aldadıldığını belə ifadə edib:

"Beynimdə əməliyyat etdirmək kimi fikrim yox idi. Həkim müayinəsində görüşdük, həkim məni inandırdı. Çox yaxşı əməliyyat edəcəm deyərək məni həvəsləndirdi. Dedim ki, kredit götürəcəm, əməliyyat etdirəcəm. Kreditim təsdiqləndi və 3 gün sonra özəl xəstəxanada qəbula yazıldım. O, pulu hesabına qoymağımı istəmədi. Pulu almadan əməliyyata getmədi".

Qollarının və qulaqlarının ətrafındakı çapıqlarla örtüldüyünü deyən qadın başqa şikayətlərinin də olduğunu bildirib:

"Dodağım yoxdu, üzüm yoxdu, burnum əyri qalıb. Guya üz dartma əməliyyatı edib, boynumu uzadıb, üzümdə heç nə yoxdur. Aylarla boynumu çevirə bilmədim. Yaralarım hələ də sağalmayıb. Başqa həkimə getdim dedi ki, 6 aydan sonra yenidən əməliyyat olunmalıdı. Ağrılarım var. Sağa-sola dönməkdə çətinlik çəkirəm. Ağrıma oyanıram".

Çilem Kılıç həkimin cəzalanmasını da istədiyini bildirib:

"Bu həkimin araşdırılaraq cəzalandırılmasını istəyirəm. Səhiyyə müdirliyinə ərizə verdim. Bilmirəm nə vaxtsa köhnə vəziyyətimə qayıda biləcəyəmmi? Bir dəfə daha əziyyət çəkəcəyəm. Maddi cəhətdən darmadağın oldum. Mən onun yanına gözəlləşməyə getdim, o bədənimi, üzümü bərbad günə qoydu. Buna görə də sona qədər bu həkimi şikayət edəcəm”.
 
Ayşən
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR