AZXEBER.COM portalı gənc oxucularımızdan biri olan Ramil Əhmədovun şeirlərini təqdim edir.
Sizdə öz şeirlərinizi və ya hekayələrinizi [email protected]/* */ ünvanına göndərə bilərsiniz.Sevgilimin məktubu
Çırpır özünü pəncərə şüşəsinə, Bir isti evə can atır yağış. Bir kimsə də yoxdur ki, açıb pəncərəni deyə: Xoş gəlmisən,yağış. Evdəki adamlar bağlayır qapını,pəncərəni, Küçədəki adamlar açır çətirlərini -
yağışdan qorunur hamı.
Siz bilməzsiz bu yağışın dilini, Bu yağış deyil ee... sevgilimin göndərdiyi məktubdur -
yenə görüşə çağırır məni.
Gözləməyə bir adamı olmayan
Küçədə elə hey qaçırsan, İşdən çıxırsan yenə qaçırsan.
Özün-özünü aldadırsan,
Guya hardasa səni gözləyirlər.
Gəmi vağzalına hər gün ayaq döydün,
Gəmilər də daha tanıyır səni.
Elə tez-tez baxırsan qol saatına,
Guya gözlədiyin kimsə varmış kimi.
Bu gün də gəlmədi
sən gözləyən gəmi, Elə sabah da gəlməyəcək...
İndi gizlətməyə çalışırsan
saçındakı o ağ dənləri.
Guya ömrünün əvvəlindən yox, elə bir gündür tənhasan.
Gözlərin yollarda qalıb, Kimi axtarırsan, ay gözləməyə bir adamı olmayan?
İndi nə sən günahkarsan,
nə də ki,zaman,
Bu qədər gözləmisən
bir az da döz,dayan.
Bir vaxt nələri axtarırdın indi ölüm axtarırsan, Əzrail də hələ gözlədir səni. Gözləməklə bir ömür keçməz ki... Öldür özünü,
gözləməkdən canını qurtar.