Hərbi hissələrin qapıları jurnalistlər üçün açıq olacaq

Hərbi hissələrin qapıları jurnalistlər üçün açıq olacaq
Bütün Xəbərlər
16:26 04.03.2011
1782

Müdafiə Nazirliyi bu gündən bölgələrdəki hərbi hissələrdə mətbuat nümayəndələri üçün “Açıq qapı" gününün keçirilməsinə başlayıb. Tədbirlər ilk olaraq Qusar şəhərindəki N saylı hərbi hissəsindən başlayıb. Nazirliyin Tərbiyə İşləri İdarəsinin rəis müavini, hərbi tərbiyə və mənəvi psixoloji hazırlıq şöbəsinin rəisi Abdulla Qurbani bildirib ki, tədbirin məqsədi KİV nümayəndələrinə ordu quruculuğunda, hərbçilərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verməkdir. 

Hərbi hissənin komandiri Oruc Abdullayev isə qeyd edib ki, 2007-ci ildən bəri hərbi hissədə yenidənqurma işləri geniş vüsət alıb, hərbi hissənin sosial-mədəni siması dəyişib, yaşayış şəraiti yaxşılaşdırıldığını bildirib. Onun sözlərinə görə, tibb məntəqəsi, 690 yerlik iki əsgər yataqxanası, çamaşırxana, müasir tələblərə cavab verən hamam müasir avadanlıqla təmin olunub. Artıq kənar bölgələrdən gələn hərbçilər kirayə yaşamayacaq. Belə ki, 75 yerlik şəxsi heyət üçün 5 mərtəbəli yaşayış binası tikilib. Bina bu yaxınlarda istifadəyə veriləcək. Bundan əlavə qərargah üçün 3 mərtəbəli bina da inşa edilib. Mətbuat nümayəndələri ilə birgə tikililərə baxış keçirilib. 

Tədbirdə şimal bölgəsində olan müxbirlərin ön cəbhələrdən birində keçiriləcək “Açıq qapı”da iştirak etməsi təklif edilib. A.Qurbani belə görüşü təşkil edəcəyinə dair söz verib.

Qeyd edək ki, "Açıq qapı"nın bütün bölgələrdə keçirilməsi planlaşdırılıb.

//Ans Press

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fon der Lyayen: Avropa qitədə sülhü qorumağa hazırdır
19:09 16.05.2025
Fon der Lyayen: Avropa qitədə sülhü qorumağa hazırdır
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
18:53 16.05.2025
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
18:46 16.05.2025
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
18:40 16.05.2025
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
18:40 16.05.2025
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
18:27 16.05.2025
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
18:27 16.05.2025
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
18:14 16.05.2025
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
17:49 16.05.2025
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
17:37 16.05.2025
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
17:34 16.05.2025
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
17:34 16.05.2025
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
17:18 16.05.2025
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
17:13 16.05.2025
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
16:54 16.05.2025
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
16:41 16.05.2025
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı