AZXEBER.COM portalının “Yazete”yə istinadən verdiyi xəbərə görə, keçən cümə axşamı həkim Dmitri Nikitin, avtomobil dayanacağında xəstəsi tərəfindən silahlı hücuma məruz qalıb. Ağır yaralanan həkim yerindəcə keçinib. Acı gerçək isə sonradan məlum olub. Belə ki, həkimini öldürən 53 yaşlı xəstə sonrakı müayinələrdə orqan nəqli əməliyyatının uğurla keçirildiyini öyrənib. Yaşayacağını öyrənən xəstə polisə təslim olub.