"Haber Global"ın yeddi yaşı tamam olur

"Haber Global"ın yeddi yaşı tamam olur
MEDİA
02:59 24.09.2025
232
Bu gün regional və beynəlxalq informasiya məkanında mühüm rol oynayan "Haber Global" telekanalının fəaliyyətə başlamasından 7 il ötür.

AZXEBER.COM xəbər verir ki, kanal 2018-ci il sentyabrın 24-də yayıma başlayıb. Fəaliyyətə başladığı gündən etibarən "Haber Global" Azərbaycanın maraqlarına aid bütün mühüm mövzuları diqqətdə saxlayır və ölkəmizlə bağlı həqiqətləri tamaşaçı auditoriyasına müntəzəm olaraq çatdırır.

Telekanalın yayımladığı proqramlar və xüsusi layihələr Türkiyə və Azərbaycanda geniş izləyici kütləsinin rəğbətini qazanıb. Onun istehsalı olan verilişlər müxtəlif yerli və beynəlxalq festivallarda mükafatlara layiq görülüb.

Xüsusilə, Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi informasiya dəstəyi ilə "Haber Global" həm Türkiyə, həm də Azərbaycan tamaşaçılarının yüksək qiymətləndirdiyi kanallardan birinə çevrilib.

AZXEBER.COM kollektivi olaraq "Haber Global" telekanalını fəaliyyətinin 7 illiyi münasibətilə təbrik edir, həmkarlarımıza yeni uğurlar arzulayırıq!
OXŞAR XƏBƏRLƏR