Habil Əliyevin həyat yoldaşı: - "Ümidimiz Allaha qalıb"

Habil Əliyevin həyat yoldaşı: -  "Ümidimiz Allaha qalıb"
Bütün Xəbərlər
11:05 31.08.2015
1018

Azərbaycanın xalq artisti, kaman ustası Habil Əliyevin vəziyyəti orta-ağır olaraq qalır.

AZXƏBƏR.COM xəbər verir ki, bu barədə  APA-ya məlumat verən sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib ki, müalicələr evdə davam edir: “Vəziyyətinin yaxşı olduğunu deyə bilmərəm. Həkimlər 24 saat yanında olurlar. Ümidimiz Allaha qalıb. Sağ olsunlar, həkimlər, dövlət əllərindən nə gəlirsə, edirlər. Bütün müalicələri yüksək səviyyədə aparılır. Hələ ki, vəziyyətində ciddi mənada irəliləyiş yoxdur”.

Qeyd edək ki,Habil Əliyev ürək və ağciyər xəstəliyindən əziyyət çəkir.

OXŞAR XƏBƏRLƏR