Hacı Allahşükür Paşazadə Türkiyə səfirini qəbul etdi

Hacı Allahşükür Paşazadə Türkiyə səfirini qəbul etdi
Bütün Xəbərlər
18:06 07.11.2012
824
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqunu onun öz xahişi ilə qəbul edib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə yeni fəaliyyətə başlamış səfiri səmimi salamlayan Şeyxülislam Hacı Allahşükür Paşazadə ona gələcək fəaliyyətində uğurlar diləyib, qardaş ölkələrimiz və xalqlarımız arasında mövcud yüksək səviyyəli əlaqələrin, o cümlədən, dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.Səmimi qəbula görə təşəkkürünü bildirən səfir isə QMİ sədrinin qardaş xalqlarımız arasında mənəvi əlaqələrin genişlənməsi istiqamətində səylərini yüksək dəyərləndirdiklərini, Qafqazın dini liderinin bölgədə sülh və əmniyyətin bərqərarı işinə verdiyi şəxsi töhfənin, qarşılıqlı anlaşma yönündə fəaliyyətinin böyük əhəmiyyət daşıdıgını xüsusi vurgulayıb.
OXŞAR XƏBƏRLƏR