Azərbaycanın böyük İslam alimi, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə dünən axşam 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, Hacı Mirəziz Seyidzadənin yaxınlarının verdiyi xəbərə görə, mərhum 4 gün insult diaqnozu ilə koma vəziyyətində olub. Qeyd edək ki, dünən axşam mərhumun cənazəsi doğulub boya-başa çatdığı Türkoba kəndinə aparılıb.
Xatırladaq ki, Hacı Mirəziz Seyidzadə bu gün saat 11:00-da həmin kənddə dəfn olunacaq.
Allah rəhmət eləsin!