Hacı Nuran Hüseynovun videosu yayıldı - VİDEO

Hacı Nuran Hüseynovun videosu yayıldı - VİDEO
Bütün Xəbərlər
19:25 21.05.2014
4153
“Çoxdandır belə əhval-ruhiyyədə olmamışam”.
Azərbaycanlı teleaparıcı Hacı Nuran Hüseynov Almaniyanın Düsseldorf şəhərində yerləşən “Uniklinik“də müalicəsini davam etdirir.
Oxu.Az-ın məlumatına görə, aparıcı sosial şəbəkə vasitəsilə ziyarətinə gedən dostu əməkdar artist Ənvər Sadıqova minnətdarlığını bildirib:
“Mən həmişə olduğu kimi bütün həmvətənlərimə minnətdarlığımı bildirirəm. Çox sag olsunlar ki, mənə olduqca böyük mənəvi dəstək olurlar! Bu dəfə isə sadiq dostum, gözəl insan, sənətinin vurğunu olduğum Ənvər Sadıqovun gəlişi mənim üçün böyük sürpriz oldu...
... Çoxdandır belə əhval-ruhiyyədə olmamışam. Bu qədər ağır terapiya və müalicələrlə bərabər oturub birdən-birə musiqi ifa etmək nə qədər çətin idi mənə. Amma bu videoya baxan kimi biləcəksiniz ki, niyə çox musiqiçilər Ənvərlə bir yerdə bir ansamblda çalışmaq istəyirlər. Çünki məni elə müşayiət elədi ki, elə bildim əməlli-başlı musiqiçiyəm”.
Xatırladaq ki, aparıcı xərçəng xəstəliyinə qarşı mübarizə aparır.
OXŞAR XƏBƏRLƏR