Aparıcı Hacı Nuran Almaniyaya gedib.
AZXEBER.COM-un məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb:
“Yenə xəstəxanada... Səhhətim pisləşib”.
Qeyd edək ki, H.Nuran Almaniyanın Düsseldorf şəhərində yerləşən “Uniklinika”da müalicə alırdı. Bir neçə ildir klinikada qalan aparıcı bu ilin fevralında Bakıya qayıtmışdı. O, açıqlamasında tez-tez Almaniyaya müayinəyə gedəcəyini bildirmişdi.